Şirkət haqqında

HAQQIMIZDA

 

NOVA TIKINTI — uzun illərin təcrübəsinə malik, yerli və beynəlxalq müştərilərlə uğurla işləyən tikinti şirkətidir.
Evlərin layihələndirilməsi və inşası üzrə ixtisaslaşırıq, o cümlədən fərdi evlər və kommersiya obyektləri tikirik. 

 

Tikintidə yalnız keyfiyyətli materiallardan istifadə etməklə qürur duyuruq, bu da hər bir layihənin davamlılığını və etibarlılığını təmin edir.

 

İşimizin təməlində üç əsas prinsip dayanır: şəffaflıq, fərdi yanaşma və yüksək keyfiyyət.
Bütün layihələri "açar təhvil" prinsipi ilə icra edirik, dizaynın hazırlanmasından tutmuş tam hazır obyektin təhvil verilməsinə qədər.

 

XİDMƏTLƏRİMİZ

✔ Fərdi tikinti: Bağ evləri, kotteclər və rezidensiyalar üçün layihələr hazırlayır və həyata keçiririk. Hər bir layihədə müştərinin istəkləri, eləcə də tikinti aparılacaq ərazinin xüsusiyyətləri nəzərə alınır.

✔ Açar təhvil layihələri: Bütün iş mərhələlərini öz üzərimizə götürürük - layihələndirmədən və təməl qoymadan tutmuş, interyer dizaynı və ərazi abadlaşdırmasına qədər. Siz tam hazır, müasir standartlara uyğun obyekt əldə edirsiz.

✔ Kommersiya təyinatlı əmlak: Ofis binaları, mağazalar və biznesin tələblərinə uyğun digər obyektlər inşa edirik, funksional və rahat məkanlar yaradırıq.

 

LİSENZİYA VƏ SERTİFİKASİYA

İnşaat fəaliyyəti aparmaq üçün zəruri lisenziyalar:
Layihələndirmə lisenziyası.
Binaların və qurğuların inşası üçün lisenziya.
Mühəndislik kommunikasiya sistemlərinə qoşulma lisenziyası.
Daxili təmir işlərini yerinə yetirmək üçün lisenziya.

Bu lisenziyalar sayəsində layihələrimizin qanuniliyi və təhlükəsizliyini təmin edirik.

 

NOVA TIKINTI İLƏ İŞİN ÜSTÜNLÜKLƏRİ

✔ Şəffaflıq - Hər bir iş mərhələsi müştəri üçün açıqdır, proses və xərclər barədə tam məlumat verilir.
✔ Fərdi yanaşma - Müştərilərin istəklərini nəzərə alır və əlverişli təkliflər hazırlayırıq.
✔ Keyfiyyət - Yalnız keyfiyyətli materiallardan istifadə edirik, bu da obyektlərimizin etibarlılığını təmin edir.
✔ Çoxdilli xidmət - Müştərilərin rahatlığı üçün rus və ingilis dillərində dəstək göstəririk.
✔ Dəstək və xidmət - Tikinti başa çatdıqdan sonra obyektlərin təmiri və evin istismarı ilə bağlı xidmətlər təklif edirik.

 

Bizimlə layihənizi yüksək səviyyədə həyata keçirən etibarlı bir tərəfdaş əldə edirsiniz. 
Evləri və obyektləri nəticəyə zəmanətlə tikirik.