TORPAQ SAHƏSININ LANDŞAFT DIZAYNI
Landşaft dizaynı həm gözəllik həm də rahatlıq deməkdir.
▪ Peşəkar yanaşma: Dizaynerlərimiz sizin zövq və istəklərinizə uyğun fərdi həllər hazırlayır. Hər sahə öz xüsusiyyətlərinə görə fərqlidir, buna görə də hər dizayn tamamilə unikal olur.
▪ Yaşıllaşdırma və təbii harmoniya: Yaşıllıq sahənin ümumi görünüşünü tamamilə dəyişir. Bitki və material seçimində təbiətlə uyğunluğa və zərərsizliyə önəm veririk ki, məkanınız sanki təbiətin bir parçası kimi hiss olunsun.
▪ Sahənin düzgün planlaşdırılması: Torpağın hər qarışını dəyərləndirərək, istirahət zonaları, hovuz, dayanacaq və digər sahələr üçün yerində və məqsədəuyğun həllər təklif edirik.
▪ İşıqlandırma və suvarma: Estetik görünüşlə yanaşı, istifadədə rahatlıq yaradan işıqlandırma və avtomatik suvarma sistemləri ilə sahəyə həm gözəllik, həm də praktik fayda qatırıq.
LANDŞAFT DİZAYNI - TAM İŞ PROSESİ
Layihəni mərhələli şəkildə həyata keçiririk. Hər mərhələdə sizi məlumatlandırır və fikirlərinizi nəzərə alırıq.
▪ Sahəyə baxış və ölçmə işləri: Mütəxəssislərimiz sahənizdə zəruri ölçmələr aparır, torpağın xüsusiyyətlərini analiz edirlər. Bu mərhələ, dizaynın hazırlanması üçün vacibdir.
▪ Dizaynın hazırlanması: Sahənizə uyğun fərdi dizayn təklifləri hazırlayırıq. Sizinlə razılaşdırıldıqdan sonra layihənin icrasına başlayırıq.
▪ Materialların seçimi və icrası: Sahənin iqlim və təbii xüsusiyyətlərini nəzərə alaraq uyğun bitkilər və materiallar seçirik. Keyfiyyətə xüsusi diqqət yetirir, bütün mərhələləri dəqiqliklə icra edirik.
▪ Tamamlama və təqdimat: Layihə başa çatdıqdan sonra sahənin son halını təqdim edirik.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
Landşaft dizaynı ilə bərabər həmdə evinizin davamı kimi hiss edilən, təbiətlə ahəng təşkil edən məkanlar yaradırıq: seçilmiş bitkilər, dizayn elementləri və sizin istəklərinizə uyğun planlaşdırılmış rahat sahələr.
NOVA TIKINTI ilə sahəniz zövqlü və fərqli bir məkana çevriləcək. Bizimlə əlaqə saxlayın və dəyişimi başladın! Keyfiyyət, fərdi yanaşma və real nəticə bizim zəmanətimizdir!