BÖYÜMƏ POTENSIALI OLAN AKTIVLƏRƏ INVESTISIYA
İSTIRAHƏT VƏ BIZNES ÜÇÜN KOTTECLƏR
NOVA TIKINTI şirkəti sizə tikintinin müxtəlif mərhələlərində evlər təklif edir. Azərbaycanın ən gözəl bölgələrində - dağlıq ərazilərdən rahat şəhərciklərə qədər müxtəlif layihələr həyata keçiririk.
Bizimlə əməkdaşlıq edərək yalnız daşınmaz əmlak almayacaqsınız, eyni zamanda turizm sahəsində hazır biznesə sahib olacaqsınız. Obyektləriniz aparıcı turizm platformalarında (Booking, Airbnb, Instagram, Ostrovok, Sutochno, otello ...) yerləşdiriləcək və səmərəli idarəetmə sistemi ilə sizin markanız altında fəaliyyət göstərəcək.
SƏRFƏLI YATIRIM
✔ Gəlirli və etibarlı – Layihələrimiz minimum risklə sabit passiv gəlir təmin edir. İnvestisiyalar orta hesabla 2-3 il ərzində geri dönür, daşınmaz əmlakın dəyəri hər il artır.
✔ Tam idarəetmə – Biz layihəni dizayn və tikinti mərhələsindən tutmuş xidmətə qədər izləyirik: rezervasiya təşkilatı, qonaqların yerləşdirilməsi, obyektin mükəmməl vəziyyətdə saxlanması. Siz əməliyyat fəaliyyəti ilə məşğul olmursunuz — hər şey komandamızın nəzarətindədir.
✔ Yüksək tələbat və perspektiv sahə – Azərbaycanda turizm sürətlə inkişaf edir və fərdi evlərə kirayə galmaq daha populyar olur. Kotteclərimiz turist axını yüksək olan bölgələrdə yerləşir.
✔ Ekoloji materiallar və unikal dizayn – Biz təbii materiallardan istifadə edirik, ətraf mühitlə harmoniya yaradırıq. Hər ev rahat dizayn və komfort birləşdirir.
PAKETƏ NƏLƏR DAXILDIR?
✔ Açar təhvil ev – Layihələndirmə, kommunikasiya xətləri, mebel, dekorasiya, ərazinin abadlaşdırılması.
✔ Hüquqi təşkilat – Torpaq sahəsi sənədləri, inşaat icazəsi.
✔ Hazır kirayə biznesi – Marketinq dəstəyi, 24/7 xidmət.
A-FRAME KOTTECLƏRI – MÜASIR TRENDLƏR
Hazır layihələrimizdən birini seçə bilərsiniz və ya bizimlə birgə, sizin tələblərinizə və stilinizə uyğun konsepsiya yarada bilərsiniz. A-FRAME kotteclərimiz kirayə üçün ideal olan, stilistik baxımdan müasir kotteclərdir.
Üstünlüklər:
✔ Minimalizm və funksionallıq – Əlavə detallar olmadan rahat yaşam sahəsi.
✔ Ekoloji materiallar – Təbiətə uyğun olaraq ağac, daş və şüşə materialları.
✔ Enerji Səmərəliliyi – Effektiv istilik izolyasiyası evin saxlanma xərclərini minimuma endirir.
Bu evlər turistləri cəlb edir və sahiblərinə sabit passiv gəlir təmin edir.
AZƏRBAYCANDA TURIZM SAHƏSI
Hər il ölkəyə gələn turist axını artır, xüsusən Qəbələ, Şəki, Quba, İsmayıllı və Lənkəran bölgələrində. İnfrastrukturun inkişafı, kirayə evlərə olan tələbatı artırır və bu sahədəki investisiyalar daha da sərfəli olur. Dinamik bazar şəraitində daşınmaz əmlak və turizm biznesinə yatırımlar, kapitalın qorunması və artırılması üçün etibarlı bir yol olaraq qalır.